Все о поступлении
Размер:
A A A
Цвет: C C C
Изображения Вкл. Выкл.
Обычная версия сайта

Omsk Humanitar Akademiyasının prorektoru ATU-da olub

Azərbaycan Texnologiya Universitetində (ATU) Rusiyanın Omsk Humanitar Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Oleq Patlasovla görüş keçirilib.

Qonağa ATU-nun tarixi, hazırki fəaliyyəti və perspektiv planları haqqında məlumat verən ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, hazırda ölkəmizin bütün ali təhsil ocaqları mütərəqqi xarici təcrübəni mənimsəmək üçün beynəlxalq təhsil layihələrində iştiraka can atır. ATU da bu universitetdə həyata keçirilən kadr hazırlığı prosesinin istiqamətlərinə uyğun fəaliyyət göstərən yerli və xarici ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır. Omsk Humanitar Akademiyasının fəaliyyət sferası ATU-nun baza ixtisasları ilə uyğunluq təşkil etməsə də iqtisadiyyatın müəyyən istiqamətləri üzrə kadr hazırlığı məsələsində əməkdaşlıq etmək mümkündür.

Omsk Humanitar Akademiyasının prorektoru Oleq Patlasov da təmsil etdiyi ali təhsil ocağının beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Qonaq qeyd edib ki, Omsk Humanitar Akademiyası bir çox xarici universitetlə tələbə və müəllim mübadiləsində, müxtəlif beynəlxalq layihə və proqramlarda birgə iştirak məsələsində əməkdaşlıq edir. ATU ilə də bu cür çoxsahəli əməkdaşlıq onlar üçün maraqlı ola bilər.

Görüşdə əməkdaşlığın mümkün səmərəli inkişafı üçün bundan sonra da müzakirələrin aparılması qərara alınıb. Sonda isə ATU ilə Omsk Humanitar Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə iki ali təhsil ocağı arasında kadr hazırlığının keyfiyyətinin artırılması, tədris-metodiki vəsaitlərin birgə hazırlanması, elmi-pedaqoji kadrların mübadiləsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və sair məsələlərdə əməkdaşlıq edilməsini nəzərdə tutur. 

6_1.JPG

6_2.JPG

6_3.JPG

http://www.atu.edu.az/index2.php?seh=xeber&etrafli=563



О.Ю. Патласов имеет лицензию, выданную в ноябре 2013 г. Независимым агентством аккредитации и рейтинга на 5 лет, как международный эксперт в области образования.


Информация для абитуриентов из Казахстана (Смотреть буклет).


Новости на казахском языке ( kz смотреть)